AZ

KİV: İsrail və HƏMAS danışıqları heç bir dəyişiklik olmadan başa çatıb

Fələstinin HƏMAS təşkilatının nümayəndə heyəti İsraillə davam edən atəşkəs danışıqlarında iştirak etmək üçün şənbə günü Qahirəyə gəlib.

İqtisadiyyat.az-ın məlumatına görə, Qahirədəki danışıqlardan xəbərdar olan yüksək vəzifəli HƏMAS mənbəsi "CBS News"a bildirib ki, atəşkəs danışıqları heç bir dəyişiklik olmadan başa çatıb.

Mənbə əlavə edib ki, bazar günü danışıqların yeni mərhələsi başlayacaq.

İsrail HƏMAS İsrailin son təklifinə cavab verməyincə danışıqlara nümayəndə heyəti göndərməyəcəyini bildirib. İsrailin baş naziri Binyamin Netanyahunun müşaviri şənbə günü "CBS News"a deyib ki, müharibənin sonu Qəzzada HƏMAS-ın məhvindən sonra gələcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla