AZ

Sennaya 1 addım qalıb

Formula-1 pilotu Maks Ferstappen Ayrton Sennaya bir addım da yaxınlaşıb.

İdman.biz xəbər verir ki, “Red Bull” sürücüsü Mayamidə ardıcıl 7-ci poulunu qazanıb.

Rekord braziliyalı Ayrton Sennaya məxsusdur. O, 1988-89 mövsümündə “Maklaren”lə ardıcıl 8-ci yarışda 1-ci yerdən start götürüb. Ferstappen İtaliyada keçiriləcək növbəti Qran-pridə poul qazanarsa Sennanın rekordunu təkrar edəcək.

Qeyd edək ki, Maksın seriyası ötən mövsümün son yarışında başlayıb. Abi-Dabidə 1-ci sıradan start götürən niderlandlı 2024-cü ildə 6 Qran-pridə poul qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla