AZ

FTX maşın ustasını niyə öldürdü?


Leninqrad vilayətinin Qatçina rayonunda Federeal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rusiyada terror aktlarında şübhəli bilinən şəxsi güllələməsinin təfərrüratları məlum olub.

Musavat.com “Mash end Baza” Teleqram kanalına istinadən xəbər verir ki, güllələnən rus millətindən olan Moskva vilayətinin 47 yaşlı sakini Nikolay Surnovdur.

FTX-nın məlumatına görə, əvvəlcə onlar Surnovu Moskva vilayətində saxlamağa cəhd ediblər. Bildirilir ki, şübhəli şəxs silahlı müqavimət göstərib və avtomobili hadisə yerində qoyub qaçıb. Təhlükəsizlik qüvvələri ondan tapança, ov tüfəngi, qumbaralar, bomba komponentləri, sənədlər və mobil telefon tapıblar. Sonrakı axtarışda onun mənzilində və qarajında partlayıcı maddələr aşkar edilib. Təhlükəsizlik rəsmiləri iddia edir ki, Surnov Müdafiə Nazirliyinin obyektlərində, həmçinin Sankt-Peterburqda könüllülər batalyonunun və könüllülər mərkəzinin üzvləri də daxil olmaqla bir neçə terror aktı törətməyi planlaşdırıb. Bundan əlavə onun pravoslav kilsələrini və əhalinin sıx toplaşdığı kinoteatrların birini yandırmaq planı olub.

Rəsmi mənbələr iddia edir ki, Surnov “Ukrayna terror təşkilatı”nın üzvü olub.

Faktla bağlı təxribata hazırlıq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 281-ci maddəsinin 1-ci hissəsi) və partlayıcı qurğuların qanunsuz dövriyyəsi (CM-nin 222.1-ci maddəsi) maddələri ilə cinayət işi açılıb.
47 yaşlı Nikolay Surnov ailəsi ilə birlikdə Moskva yaxınlığındakı Korolevdə yaşayırmış, burada avtomobil təmiri ilə məşğul olurmuş. “Moskovski Komsomolets” iddia edir ki, bir il yarım əvvəl Surnov Moskva vilayətindəki mənzilini satıb, bundan sonra qızı və Litva vətəndaşlığı olan arvadı ilə sonuncunun vətəninə gedib. Nəşr iddia edir ki, ailə oradan Vilnüs yaxınlığında ev alıb. Hələ FTX-nın onun axtarışına cəlb edildiyi vaxt teleqram kanallardan biri qadınla danışıb, amma o deyib ki, əri Polşada işləyir və hər gün ona zəng edir.



Nikolay Surnov 2022-ci ildə - qismən səfərbərlik elan edildikdən dərhal sonra ölkəni tərk edibmiş. Bu barədə mətbuata onun dostları məlumat verib. Jurnalistlər onun işlədiyi yapon avtomobilləri üzrə ixtisaslaşmış “Strela-2” təmir qarajında olublar. İş yoldaşlarının və qonşularının dediyinə görə, Surnov yaponlarla işləyirmiş, yaxşı usta olduğuna görə müştəri çox olub. Başqa bir tanışı Surnovun maşınları təmir etdiyi qarajın on ildən artıqdır ki, ona məxsus olduğunu deyir. Ancaq 2022-ci ildə qismən səfərbərlik elan edildiyini öyrənərək, ölkəni tərk edib.

Nikolayın qarajdakı qonşusu onu bir neçə ildir görmədiyini təsdiqlədi. Onu çox ünsiyyətcil olmayan, qapalı bir adam kimi xatırlayıblar. Ümumiyyətlə, Surnovun bütün tanışları onun dəhşətli terror aktında əli olduğunu biləndə çox təəccübləndiklərini deyiblər. “ ”da törədilən terror aktı nəticəsində 144 nəfər həlak olub. Hazırda işdə 12 müttəhim, o cümlədən cinayətdən sonra Ukrayna ilə sərhədi yaxınlığında tutulan dörd tacik də var.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla