AZ

“Belə getsə, tribunalarboş qalacaq” – Tovuzdan cəriməyə reaksiya

AFFA İntizam Komitəsinin son iclasında “Neftçi” ilə oyunda tovuzlu azarkeşlər hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimələnib.

“Turan Tovuz” artıq neçənci dəfədi azarkeşlərə görə cərimələnir. Bunun sonu olacaqmı? Bu sualı “Turan Tovuz”la azarkeşləri arasında əlaqələndirici Kamal Saqqayevə ünvanladıq:
“Biz heç vaxt istəmərik ki, klub azarkeşinə görə cərimələnsin. Yenə də eyni ssenari , eyni hal. Başa düşəbilmirəm ki, niyə polis əməkdaşları bizlə belərəftar edir? Hamının səbri var. Belə getsə, tribunalarboş qalacaq. Bu qədər olmaz. Futbol azarkeşlərə görədi. Hakimlik bir tərəfdən, belə hallar da digər tərəfdən”.


ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla