AZ

Rusiya bütün Avropa boyu təxribatlar hazırlayır...” - “Fayneyşl-Tayms”

Yazını böyüt
Yazını kiçilt

“Kreml “bütün istiqamətlərə” təzyiq göstərməyə çalışır...”

Rusiya fəal şəkildə Avropada təxribat, xüsusən də partlayışlar və yanğınlar törətməyə hazırlaşır. Eyni zamanda, o, mümkün mülki itkilərdən də çəkinmir.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “Financial Times”(“FT”) yazır.

Artıq sabotaj aktları həyata keçirilməkdədir.Avropa ölkələrinin kəşfiyyat orqanları belə halların arta biləcəyini qeyd edirlər.

“Böyük Britaniyada Ukraynaya humanitar yardımın saxlandığı anbar yandırıldı, İsveçdə bir sıra dəmir yolu qəzaları baş verdi, Çexiyada dəmiryolunun siqnal sisteminə zərər vurmağa cəhd etdilər, Estoniyada daxili işlər nazirinin avtomobilinə hücum edildi, Almaniyada hərbi və logistika obyektlərinə hücumun qarşısı alındı”, - deyə məlumatda bildirilir.

Əlavə edilir ki, bu, Rusiyanın “bütün istiqamətlərdə” maksimum təzyiq göstərmək məqsədinə uyğundur. “Putin cəsarətlənib" və bir neçə cəbhədə öz mövqeyini Avropada irəlilətməyə çalışacaq: dezinformasiya, təxribat, haker hücumları”, – nəşr belə yazır.

"Biz inanırıq ki, digər dövlətlər tərəfindən dəstəklənən təxribat riskləri əhəmiyyətli dərəcədə artıb", - Almaniya daxili kəşfiyyatının rəhbəri Tomas Haldenvanq aprel ayındakı bəyanatında açıq şəkildə etiraf edib.

Əlavə edək ki, Almaniyanın Bavariya əyalətində Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin təlim keçdiyi poliqonu izləyən və hərbi yüklərin daşınması marşrutları boyunca təxribat planlaşdıran iki rusiyalı kəşfiyyatçı saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
36
Mənbələr
Şərh ()
Bağla