AZ

“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!

Zərdüşt Əlizadə: “Süqlh üçün gərəkli potensial böyükdür”

 

“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, hazırda bunun üçün əlverişli imkan və geniş potensial var:

 

“Mövcud şəraitdə sülh müqaviləsinin imzalanması üçün lazımi şərait var. Sülh üçün gərəkli potensial da böyükdür. Erməni toplumu da yaxşı başa düşür ki, müharibə heç kimə xeyir vermir. Bütün problemlərin ən yaxşı həlli yolu qarşılıqlı anlaşma və sülhdür. Bu baxımdan hesab edirəm ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür.

 

Bunu da qeyd edib ki, artıq Azərbaycanla Ermənistan arasında bilavasitə dünışıqlar aparılır. Yəni damışıqlar prosesində vasitəçilərdən imtina olunub və çox güman ki, bundan sonra da danışıqlarda heç bir vasitəçi olmayacaq. Çünki biz bunun  zərərli nəticəsini görmüşük. Biz görmüşük ki, vasitəçiləri ancaq öz maraqları düşündürür. Ona görə də danışıqlar prosesini bilavasitə aparmaq daha faydalı, daha effektivdir. Azərbaycanla Ermənistan da məhz bu yolu tutub”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla