AZ

“Makronu sarsıdıcı məğlubiyyət gözləyir” - “Financial Times”

“Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-lik böyük büdcə kəsirindən qaynaqlanan dövlət xərclərinin gözlənilən azalmasıdır. Bundan əlavə, hökumət sosial müavinətləri və yerli hakimiyyət orqanlarının büdcələrini kəsməyə hazırlaşır.

Nəşr qeyd edib ki, Makronun dəstəyi kəskin şəkildə azalır (son sorğulara əsasən, 4%-ə qədər).

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
12
Mənbələr
Şərh ()
Bağla