AZ

"Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb

"Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb.

"Report" xəbər verir ki, mükafatlandırılma iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

Qeyd edək ki, kişilər arasında türkiyəli Ahmet Alkanoğlu finişə birinci çatıb. Ukraynalı Boqdan Semenoviç ikinci, uqandalı İsmail Ssenyange 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç ötən marafonda olduğu kimi hamını qabaqlayıb. Azərbaycanlı Anna Yusupova 2-ci, qazaxstanlı Nelli Qaitova 3-cü olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
9
Mənbələr
Şərh ()
Bağla