AZ

AİB gələcəkdə də iqlim dəyişikliyi və özəl sektorun inkişafına diqqət yetirəcək - AİB prezidenti

Tbilisi. Trend:

AİB gələcəkdə də iqlim dəyişikliyi və özəl sektorun inkişafınadiqqət yetirəcək.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB)prezidenti Masatsuqu Asakava Tbilisidə keçirilən 57-ci illikiclasında Rəhbərlər Şurasının biznes sessiyasında bildirib.

“Bu il AİB 2025-2030-cu illər üçün korporativ nəticələrmatrisini və 2030-cu ilə qədər strategiyanın icmalından istifadəedəcək və müştərilər üçün dəstəyi inkişaf etdirməyə davam edəcək.AİB ən çox ehtiyacı olan üzvləri dəstəkləmək üçün yenigenişləndirilmiş kredit imkanlarından səmərəli istifadə edəcək

AİB-in yeni əməliyyat modelində iqlim dəyişikliyi və özəlsektorun inkişafına diqqət yetiriləcək. Yeni əməliyyat modelimizisürətləndirmək və hesabatlılığı təmin etmək üçün biz yeni işüsullarını da tətbiq edəcəyik. Bunlara yeni rəqəmsal alətlər,regional iş proqramları və korporativ fəaliyyət göstəriciləridaxildir”, - deyə o bildirib.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla