AZ

Xavi “Barselona”nın “Jirona”ya məğlubiyyətinə aydınlıq gətirdi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 34-cü turunun mərkəzi səfər oyununda “Jirona”ya məğlubiyyəti (2:4) şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunları rəqiblərimizə veririk. Bu, iki dəfə “Real”, indi isə “Jirona” ilə oyunda baş verdi.

Bu səhvlər öyrənmə prosesinin bir hissəsidir. Bəzi futbolçularımız yetişməlidirlər. Təcrübə qazanmaq üçün uğursuzluğa düçar olmalıdırlar.

Bu qarşılaşma ev oyunundan da pis alındı. Fasilədə razı idim, yaxşı oynayırdıq. Bundan sonra heç nədən üç qol buraxdıq.

Əlbəttə, bu vəziyyət düzələ biləndir. Bu, psixoloji fəsaddır. Bu mövsüm fərdi səhvlərlə dolu mövsüm kimi yadda qalacaq”, deyə Xavi vurğulayıb.

Xatırladaq ki, bu əzmkar qələbə Kataloniya derbisində “Jirona”nın cari mövsüm La Liqa çərçivəsində “Barselona” üzərində ikinci qələbəsidir. 1-ci dövrədə səfərdə “Barselona”nın qonağı olmuş “Jirona” “blauqrana”nı eyni hesabla məğlub etmişdi – 4:2.

Odun üstünə yağ tökən digər məqam isə “Real”ın evdə “Kadis”i 3:0 hesabı ilə məğlub etməsi mənzərəsində “Barselona”nın səfərdə “Jirona”ya məğlubiyyətinin, “kral klubu”nun çempionluğunu rəsmiləşdirməsidir ki, bunu da “Barselona” tərfdarı həzm edə bilmir.

34 oyundan 87 xalla çempion “Real” La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Jirona” 74 xalla 2-ci, “Barselona” isə 73 xalla 3-cü pillədə yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla