AZ

Azərbaycanda «Green card» udmaq asandırmı? İndiyədək neçə nəfər udub? – İLLƏR, SAYLAR

Xəbər verildiyi kimi, ABŞ-a leqal yolla köçməyə və işləməyə imkan verən ən böyük proqramın – «Green card» proqramı üzrə nəticələr açıqlanıb.

FED.az-ın məlumatına görə, 2025-ci il Müxtəliflik Vizası proqramına seçimlərin nəticələri mayın 4-də Bakı vaxtilə saat 20:00-dan etibarən məlum olub.

Bu proqrama qatılmaq istəyənlər www.dvprogram.state.gov/ESC/ ünvanında təsdiq nömrələrini daxil edərək statusunu yoxlaya bilərlər.

Qeyd edək ki, bütün dünyadan insanlar üçün ABŞ-a leqal köçmək imkanı sayılan «Green card»a Azərbaycanda da böyük maraq var.

Hər il Azərbaycandan «Green card» proqramına 60-90 min nəfər müraciət edir. Hələlik 2025-ci il proqramı üzrə Azərbaycandan «Green card» udanların sayı məlum deyil.

Amma əvvəlki illərin təcrübsi göstərir ki, ölkəmizdən bu proqram üzrə ABŞ-a köçmək üçün müraciət edənlərin qalib gəlmək ehtimalı 1,2-3% arasında dəyişir.

Belə ki, Azərbaycandan «Green card» üçün müraciətlərin sayının çox az olduğu 2015-ci ildə  - həmin il 14 min nəfər müraiət etmişdi – bu proqrama 454 nəfər seçilmişdi, bu ümumi müraciətlərin 3,25%i deməkdir.

Ondan sonrakı illərdə uduş faizi kəskin azalaraq 1,2-1,3%-ə enib. 2020-ci ildə Azərbaycandan «Green card» udanların sayı ümumiyyətlə 1%-dən də az olub – 91 mindən artıq müraciət sahibinin cəmi 899-u qalib gəldiyinə sevinib.

2021-ci ildə isə «Green card» uduşu şansı daha da artıb və 2,73%-ə yüksəlib.

2021-ci ildən sonrakı dövr üçün statistik məlumatlar açıqlanmadığına görə, uduş faizini hesablamaq mümkün omayıb.

Ümumiyyətlə isə son Azərbacandan «Green card» udaşlarının sayı artmaqdadır. 2019-cu ildə bu proqramın qaliblərinin sayı 1200 nəfəri keçib. Ondan sonrakı illərdə uduş sayı artıb-azalmaqla 2021-ci ildə 1400 nəfərə, 2024-cü ildə isə 2046 nəfərə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
3
Mənbələr
Şərh ()
Bağla