AZ

Gənc gimnastlarımızdan 2 gümüş

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kuboku yekunlaşıb.

İdman.biz xəbər verir ki, Azərbaycanın gənc gimnastları 2 medal qazanıblar.

Şəms Ağahüseynova lentlə, İlahə Bahadırova isə topla çıxışda gümüş medala yiyələnib. Gövhər İbrahimova beynəlxalq yarışı 7-ci pillədə başa vurub.

Yekunda Azərbaycan yığması Avropa kubokunu 4 medalla başa vurub. Digər 2 medalı böyüklərin çıxışında qrup hərəkətləri komandası qazanıb.

Qeyd edək ki, ilk dəfə təşkil olunan beynəlxalq yarışda 37 ölkədə 160 gimnast yarışıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
Mənbələr
Şərh ()
Bağla