AZ

Ronaldo və Messi komanda yoldaşı ola bilərlər

"İnter Mayami"nin prezidenti Devid Bekhem Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldonu transfer etmək imkanlarını araşdırır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Əbdüləziz Əl-Osaimi sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, Bekhem Ronaldonu və artıq Mayami komandasında olan Lionel Messini bir klubda birləşdirmək fikrini bəyənir .

Bundan əvvəl Ronaldo 9 il "Real Madrid"də, 3 il isə Turində "Yuventus"da çıxış edib. Portuqaliyalı karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
3
Mənbələr
Şərh ()
Bağla