AZ

"LKS Lodz" liqadan düşdü

Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi "LKS Lodz" Polşa Ekstraklasasında növbəti oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, komanda 31-ci turda "Şlask"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşdə forma geyinib. 28 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Matçdan sonra "LKS Lodz"un növbəti mövsüm aşağı liqada mübarizə aparacağı dəqiqləşib. Komanda sona 3 tur qalmış 21 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. "LKS Lodz" 15-ci yerdə olan "Puşa"dan 12 xal geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla