AZ

Xoruz döyüşdürən 29 nəfər saxlanıldı

Samsunun Bafra şəhərində Heyvanları, Ətraf Mühiti və Təbiəti Mühafizə Dərnəyinə aid sığınacağa basqın zamanı xoruz döyüşdürən və mərc oynayan 29 nəfər yaxalanıb.

"Unikal" axtarış zamanı xoruz döyüşdürmək üçün hazırlanmış 2 ədəd rinq və 6 ədəd xoruz daşıyan çanta götürülüb. Sığınacaqda olan 5 hind xoruzu və 1 avstralorp xoruzu da müsadirə edilib.Xoruzlar baytarlıq nəzarətindən sonra aidiyyəti üzrə təhvil verilib.

Şübhəlilərdən Y.T., (47) D.T. (42) və A.Y (38) qumar oynamaq üçün yer və imkan təmin etdiklərinə görə, digər 26 nəfər isə qumar oynadıqlarına görə cinayət məsuliyyətinə cəlb ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
32
Mənbələr
Şərh ()
Bağla