AZ

Tomas Tuxel “Bayern”də qalacaq? - Özü açıqladı

“Bayern”in baş məşqçisi Tomas Tuxel cari mövsümün sonunda Münhen klubunda qala biləcəyi ilə bağlı yayılan xəbərləri cavablayıb.

Arena.az “Sky Sport Germany” dərgisiinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz yollarımızı ayırmağa razılaşdığımızdan bəri “Bayern” fəal surətdə yeni məşqçi axtarışına çıxıb. Güman edirəm ki, bu proses hələ bizim söhbətimizdən əvvəl başlayıb. Bu, sonra: “Ay, sizinlə yenidən cəhd edək”, demək üçün pis köklənmədir. Xeyr. Mənim nöqteyi-nəzərimdən burada hər şey göz qabağındadır”, deyə Tuxel bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Bayern” rəhbərliyinin bir hissəsinin Münhen komandasında fəaliyyətini hələ davam etdirən alman mütəxəssisə müsbət baxdığı haqda xəbərlər yayılmışdı. Bəzi komanda rəhbərlərinin də Tuxelin “Bayern”in baş məşqçisi kimi saxlanmasının tərəfdarı olduğu bildirilirdi.

Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, ötən ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Cari mövsümdə isə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.

“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasınadır. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern” ümidlərini mayın 8-də Madriddə keçiriləcək cavab oyununa bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla