AZ

Türkiyədə polislərin əksəriyyəti işlərindən məmnun deyil – Sorğu


Türkiyədə Polis İdarəsi Birliyi polis idarələrində baş verən intiharlar və yaşanan problemlərlə bağlı sorğu keçirib.
Yeniavaz.com
“Sözcü” qəzetinə istinadən xəbər verir ki, 15 min 375 polisin iştirakı ilə keçirilən sorğuya görə, 10 polisdən 3-ü intiharı düşündüklərini ifadə edərək, intihara sövq edən səbəblər arasında 'mobbinq'i ilk sırada göstərib.
“Polis əməkdaşı olmaqdan xoşbəxtsinizmi?” sualına sorğuda iştirak edən polis əməkdaşlarının 23 faizi “çox narazı”, 50,3 faizi “məmnun deyiləm”, 3,9 faizi “məmnun” və 7,1 faizi “çox razıyam” cavabını verib. Qərar verməyənlərin nisbəti 15,7 faiz təşkil edib.
“Heç intihar etmək barədə düşünmüsünüzmü?” sualına polis əməkdaşlarının 64,8 faizi “yox” cavabını verərkən, intiharı düşünənlərin nisbəti 35,2 faiz olub.
Araşdırmaya görə, polis əməkdaşları arasında intiharların əsas səbəbi “mobbinq”, ikinci yerdə isə “iş saatları və vəzifə stressi” olub.
“Təşkilatda peşə probleminiz olanda hara müraciət edirsiniz?” sualına sorğuda iştirak edənlərin 52,2 faizi "fəal insanlara və ya sosial şəbəkələrdəki səhifələrdə paylaşıram", 12 faizi "nüfuzlu insanlara", 11,2 faizi "təriqət və ya camaatlara", 7,2 faizi “siyasi partiyalara və ya siyasətçilərə”, 4,3 faizi “rəis və ya idarəçilərə”, 3,2 faizi “ədliyyə və məhkəmə orqanlarına” müraciət edəcəyini bildirib.
Sorğunun yekununda aşağıdakı nəticələr əldə olunub:
Polis İdarəsi əməkdaşlarının qurumdan məmnunluq səviyyəsi çox aşağıdır.
- Uzun və nizamsız iş saatları iş zamanı qarşılaşılan ən böyük problemdir.
- İş zamanı “mobbinq” ən böyük stress faktorudur.
- Polis şöbəsinin əməkdaşları intihar hadisələrindən çox təsirlənirlər.
- Hər 10 işçidən 3-ü intihar etmək fikrindədir.
- Hər 10 kadrdan 7-si istefa verməyi düşünür.
- Hər 10 işçidən 8-i başqa alternativi olsaydı, işdən çıxacağını deyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla