AZ

Millimizin üzvü oynadı, "Qalatasaray" Türkiyə çempionu oldu

Türkiyədə qadınlar Super Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün lider "Qalatasaray" doğma meydanda "ALG Spor"u qəbul edib. Qarşılaşma "sarı-qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 71-ə yüksəldən "Qalatasaray" Türkiyə çempionu olub.

"Qalatasaray"da çıxış edən Azərbaycan milli komandasının üzvü Kristina Bakarandze də bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 67-ci dəqiqədə qırmızı vərəqə görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla