AZ

Krunoslav Renduliçin 3 xala şərhi: “Hələ heç nə bitməyib”

“Oyunçularımla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIII turunda “Araz-Naxçıvan”la oyunu şərh edib: “Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə "Araz-Naxçıvan" topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq”.

Krunoslav Renduliç qaçırılan penaltiyə münasibət bildirib: “Qaçan penaltilər də oyunun bir hissəsidir. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiyadan da asılıdır. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltidə şanslar 50/50-dir. Ona görə də erkən qeyd etmək lazım deyil.

“Sabah”ın baş məşqçisi komandanın 1-ci hissədəki oyunundan narazı qalıb: “Bu gün ilk yarıda o qədər də yaxşı oynamadıq. Əksinə, ikinci hissədə çox yaxşı oynadıq. İki yaxşı qol fürsətimiz oldu. 3-4 epizodda son ötürmələri düzgün verə bilmədik”.

Qeyd edək ki, “Sabah” “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
6
Mənbələr
Şərh ()
Bağla