AZ

Emin Əmrullayev: Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompüterlə təmin olunacaq » AzadMedia.az


Xankəndidə təhsil alacaq hər bir tələbənin ilk il olduğu üçün universitet adından kompüterlə təmin olunması planlaşdırılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, tədris proqramları elə formalaşdırılıb ki, hər bir tələbənin kompüteri olmalıdır və bunu bu il dövlət qarşılayacaq:

"Qarabağ Universiteti hər bir azərbaycanlı və hər bir azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan bir layihədir. Texniki və menecment baxımından biz təxminən 10 ay ərzində ali təhsil müəssisəsi qurmaqdan danışırıq. Bu müddət ərzində ali təhsil müəssisəsi qurmaq özü özlüyündə çox ambisiyalı bir məqsəddir. Ümidvaram ki, bunun öhdəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir və plandan geri qalmırıq. Bir neçə istiqamətdə iş aparılır. Əsas istiqamət infrastrukturun müvafiq hazırlıq səviyyəsinə gətirib çıxarılmasıdır. Orada tədris və yataqxana binaları müəyyən edilib. Həmçinin tələbələrin asudə vaxtlarını düzgün şəkildə keçirmələri üçün də işlər görürük".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
9
Mənbələr
Şərh ()
Bağla