AZ

Putin andiçmə mərasiminə dəyişdirilmiş “Aurus”u ilə gələcək

“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramının efirində Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş “Aurus Senat” avtomobilini ilk dəfə nümayiş etdirib.

 

O, müvafiq videonu teleqram kanalında yayımlayıb.

 

Jurnalist qeyd edib ki, dövlət başçısı mayın 7-də Kremldə keçiriləcək andiçmə mərasiminə bu avtomobillə gələcək.

 

İlk baxışdan yeni avtomobil 2018-ci ildə Prezidentin inauqurasiyasında iştirak etmiş avtomobildən çox da fərqlənmir. Bununla belə, avtomobilin ön hissəsi, eləcə də igər hissələri dəyişdirilib. Avtomobilin yaradıcıları Zarubinə bildiriblər ki, avtomobil sələfi ilə müqayisədə daha müasirdir.

 

Yenilənmiş “Aurus Senat” haqda daha ətraflı məlumat 7 mayda-çərşənbə axşamı veriləcək. Həmin gündən etibarən yeni Limuzin xüsusi təyinatlı qarajın parkındakı maşınların sırasına qoşulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla