AZ

Bakıda küçədə dava olub, bıçaqlanan var

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.

APA xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
13
Mənbələr
Şərh ()
Bağla