AZ

Super Liqa: “Qalatasaray” “Sivasspor”u 6 qolla məğlub etdi - Video

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.

“Qaziantep” – “Hatayspor” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Hatay təmsilçisinin azərbaycanlı hücumçusu Renat Dadaşov bu dəfə sonadək ehtiyatda qalıb.

“Başakşəhər” doğma meydanda “Kasımpaşa”ya böyük hesabla qalib gəlib.

Lider “Qalatasaray” da “Sivasspor”la ev oyununda 3 xalı 6 qolla əldə edib.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Sonuncu oyun günündə “Antalyaspor” doğma medyanda “Pendikspor”la, “Konyaspor” isə çempionluq şanslarını davam etdirən “Fənərbaxça” ilə üz-üzə gələcək.

Türkiyə, Super Liqa
35-ci tur
3 may

Ankaragücü – Alanyaspor 1:1
Qollar: Xatsiyovanis, 10 – O.Aydın, 90+5-pen.

Beşiktaş – Rizəspor 3:2
Qollar: Kolli, 7. Raşiça, 65. Uorral, 90+7 – Olavoyin, 5. E.H.Topçu, 68.

4 may

İstanbulspor – Adana Dəmirspor 0:1
Qol: Y.Barasi, 10.

Kayserispor – Fatih Karagümrük 2:2
Qollar: Mane, 3. Morte, 64 – Fequli, 51. Markao, 60.

Samsunspor – Trabzonspor 3:1
Qollar: T.Antalyalı, 14. Marius, 28. X.Fernandes, 36-öz qapısına – Bardi, 32.

5 may

Başakşəhər – Kasımpaşa 4:1
Qollar: Pelkas, 15. Davidson, 24; 69. O.Kemen, 86 – Ben Uanes, 47.

Qalatasaray – Sivasspor 6:1
Qollar: Ziyeş, 11; 60. Mertens, 38; 73. İkardi, 59; 85 – C.Osmanpaşa, 54.

Qaziantep – Hatayspor 1:1
Qollar: Djilobodji, 11 – G.Kilama, 15.

6 may

21:00. Antalyaspor – Pendikspor
21:00. Konyaspor – Fənərbaxça

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
Mənbələr
Şərh ()
Bağla