AZ

"Neftçi"dən ayıbdır, təqsirkarları gizlətməyin, mühakimə edin!

Uzun illərdir «Neftçi»ni izləyirəm.

Yaxından və uzaqdan. İmkan və vaxt daxilində.

Çox şey görmüşəm, çox şey eşitmşəm, çox şeyin şahidi olmuşam.

Etiraf edirəm, «Neftçi»ni heç vaxt belə görməmişəm, Eşitdiklərim və gördüklərim bunun yanında heç nədir.

«Neftçi» tarixinin ən zəifi indiki komandadır.

Hə, o başqa məsələ ki, «Neftçi» tarixinin ən böyük büdcəyə malik komandası da inkidir. Büdcəsi 30 mlyon manata yaxınlaşan klubun yaşadıqları böhrandır, vəziyyət çıxılmaza girib.

Bu mövsüm altıncı dəfə «Qarabağ»ın önünə çıxdılar. Ötən derbilərdə olduğu kimi, məğlubiyyət yenə ayaqlarında qaldı. Yalnız ayaqlarındamı? Həm də ki, boyunlarında.

«Neftçi» varsa, rəqabət var. «Neftçi» yoxdursa, rəqabət yoxdur. Bu büdcə, bu şərait və bu dəstəklə «Qarabağ»a altıncı kərə uduzmaq «Neftçi» adına böyük rəzalətdir.

Bu komandanı kim(lər) qurubsa, bu transferləri kim(lər) edibsə, Adrian Mutunu, Miodraq Bojoviçi kim(lər) gətiribsə, Bakının ortasında onun açıq məhkəməsi qurulmalıdır.

«Neftçi» xalqın komandasıdır» deyiriksə, qoy, elə xalq önündə də mühakimə olunsunlar.

Beş cavabsız qol nədir, a kişilər..? Sourmlu adamları aparıb bir yerdə gizlətməyin.

Bu idarəçilik modeli heç nəyə yaramır.

Yanaşmanı da, işbilməzləri də uzaqlaşdırın oradan. «Neftçi»nin adından, keçmişindən ayıbdır.

MUSA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla