AZ

Heç bir təzyiq İsraili dayandırmayacaq - Netanyahu

İsrail xarici təzyiqlərə görə tamamilə tək qalsa belə, özünü müdafiə etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, Holokostu Anma Gününün və yəhudi xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığın xatirəsinə həsr olunmuş mərasimdə çıxış edib.

“80 il əvvəl, Holokost zamanı yəhudi xalqı bizi məhv etmək istəyənlərin qarşısında tamamilə müdafiəsiz idi. Heç bir ölkə yardımımıza gəlmədi. Bu gün yenidən məhvimizi istəyən düşmənlərlə üz-üzəyik. “Bütün dünya liderlərinə bəyan edirəm: təzyiqlərdən asılı olmayaraq, istənilən beynəlxalq forumlarda hansı qərarlar qəbul olunsa da, İsrail özünü müdafiə etməkdən əl çəkməyəcək”, -  Netanyahu bildirib.

“Yeganə yəhudi dövləti olan İsrailin baş naziri kimi mən bu gün Qüdsdən Holokostun xatirəsini anma günündə söz verirəm: İsrail tək qalmağa məcbur olarsa, İsrail tək qalacaq, amma biz bilirik ki, biz tək deyilik, çünki layiqli insanlar çoxdur Dünyadakı insanlar bizim ədalətli işimizə dəstək verir və mən sizə bəyan edirəm ki, biz soyqırım axtaran düşmənlərimizi məğlub edəcəyik”, – Netanyahu əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
40
Mənbələr
Şərh ()
Bağla