AZ

Təhdidlərdən sonra Putin əmr verdi - Ordu nüvə silahından istifadə edəcək

İngiltərə və Fransanın ardıcıl təhdidlərindən sonra Kreml hərəkətə keçib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nüvə silahı ssenarilərinin tətbiqi ilə bağlı tapşırıqlar alan Rusiya Müdafiə Nazirliyi silahların hazırlanması və yerləşdirilməsi üçün təlimlər keçirəcək. Rusiya prezidenti Vladimir Putin “düşmənləri çəkindirmək” üçün Ukrayna yaxınlığındakı qoşunlara nüvə silahı ssenarilərini tətbiq etməyi əmr edib. Müdafiə Nazirliyi hərbi təlimlərə nüvə silahının hazırlanması və yerləşdirilməsi üzrə təlimlərin də keçiriləcəyini iddia edib. Nazirlik təlimlərin bəzi Qərb rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq həyata keçiriləcəyini bildirib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla