AZ

Azərbaycanın futbol millisi Qazaxıstan komandası ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

MilliYol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
22
Mənbələr
Şərh ()
Bağla