AZ

İslamı qəbul edən jurnalist Talibanla bağlı yazısına görə ittiham edilir

Rusiya İstintaq Komitəsi İslamı qəbul etmiş jurnalist və bloger Nadejda Kevorkovanı sosial şəbəkələrdə, o cümlədən Taliban hərəkatı haqqında yazdığı bir neçə yazıya görə "terrora haqq qazandırmaqda" ittiham edib. 
Manset.az xəbər verir ki, vəkil Kaloy Axilqovun sözlərinə görə, işin epizodlarından birində söhbət 2021-ci ildə bir qadının "Telegram" kanalında yerləşdirdiyi Taliban haqqında yazıdan gedir. Başqa bir epizod messencerdə 2018-ci ildə dərc edilən nəşrə aiddir. Daha sonra Kevorkova Nalçikdəki hücumla bağlı yaxın dostu, jurnalist Orxan Camalın mətnini yerləşdirib. Kevorkova axtarışdan sonra mayın 6-da Rusiya Federasiyasının İstintaq Komitəsinə aparılıb. Qadın İŞİD-in tərəfdarları və sponsorları ilə əlaqədə şübhəli bilinir. Vəkili Kevorkovanın ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. Qeyd edək ki, Kevorkova Moskva Dövlət Universitetinin tarix fakültəsinin məzunudur. 1997-2002-ci illərdə "Nezavisimaya qazeta"nın ABŞ-da müxbiri işləyib. O, daha çox müsəlman bölgələrində - Livan, Əfqanıstan, Pakistan, İran, İraq, Türkiyə, Sudan, Suriya, Qəzza və Şimali Qafqazda işləyib. "Russia Today"da köşə yazarı dərc edib. Kevorkovanın məqalələri Rusiyada qadağan olunmuş bir sıra KİV-lərdə də dərc olunub. Jurnalist müasir dünyada pravoslavlıq və din haqqında fəal məqalələr yazır. Onun müəllifliyi ilə "Rus ədəbiyyatının cihadı", "Səni unutsam, Qüds" və "Fələstin. Müqavimət" kitabları dərc edilib. Kevorkova 2023-cü ildə Fələstin-İsrail münaqişəsini fəal şəkildə işıqlandırıb. O, bu yaxınlarda xristianlıqdan imtina edərək, İslamı qəbul edib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
3
Mənbələr
Şərh ()
Bağla