AZ

"Ulu Öndər xalqımızı qloballaşma əsrinə gətirib çatdırıb" - Sahibə Qafarova

“İclasımız çox mötəbər bir vaxta təsadüf edir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova deyib.

 

“Üç gün sonra Ulu Öndər Heydər Əliyevin doğum günü keçiriləcək. O, iki dəfə prezidentlik missiyasını öz üzərinə götürüb. Hər zaman doğru qərarlar verməklə insanların inamını doğruldub. Heydər Əliyev dünya miqyaslı dövlət xadimidir. Ulu Öndər mənsub olduğu xalqı qloballaşma əsrinə gətirib çatdırıb. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Son 21 il Azərbaycançılıq tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub. Misilsiz, qürurverici qələbələr əldə edilib.Torpaqlarımızın azad olunması ilə Ulu Öndərin arzusu həyata keçirilib”.  

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla