AZ

Kuba prezidenti Rusiyaya niyə gəlir?

Kuba prezidenti Migel Diaz-Kanel X sosial şəbəkəsindəki hesabında Rusiya Federasiyasına işgüzar səfərə başladığını açıqlayıb.

“Soydaşlar, Vladimir Putinin yenidən Rusiya Federasiyasının prezidenti seçilməsindən sonra ikitərəfli gündəliyin prioritet mövzularını müzakirə etmək üçün Rusiyaya işgüzar səfərə başlayırıq”. – Migel Diaz-Kanel deyib. Ölkə prezidentinin başçılıq etdiyi Kuba nümayəndə heyəti Ali Avrasiya İqtisadi Şurasının iclasında, habelə Rusiya ilə Kuba arasında diplomatik münasibətlərin bərpasının 64-cü ildönümü və Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək”- “Azadlıq Adası” başçısı əlavə edib.

Rusiya və Kuba prezidentləri arasında danışıqlar mayın 9-da Qələbə Günündə, hərbi paraddan sonra baş tutacaq, – Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla