AZ

Erik ten Haq: “Frenki de Yonq kimi oyunçulara ehtiyacım var”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun mümkün transferindən danışıb.

Arena.az xatırladır ki, daha əvvəl mankunianlıların niderlandlı yarımmüdafiəçiyə marağının artdığı bildirilirdi.

“De Yonq və Kazemiro birlikdə oynayar və bir-birini tamamlayardılar. Amma son 10 ildə, konkret olaraq bu müddət ərzində bütün hallarda istədiyimiz futbolçuları ala bilməmişik. Sadəcə olaraq bununla barışmalısan. “Ayaks” futbolunu aşılamaq üçün mənə bu üsluba uyğun keyfiyyətlərə malik oxşar oyunçular lazımdır. Əgər futbolçular artıq müəyyən bir oyun tərzinə meyllidirlərsə, mən onların təbiətini dəyişməyə cəsarət etməzdim”, deyə Erik ten Haq xüsusi məqama dair vurğulayıb.

Niderlandın “Ayaks” klubunun futbol akademiyasının yetirməsi olan Frenki De Yonq 2019-cu ilin yayından “Barselona”da çıxış edir. O, 2023/2024 mövsümündə Kataloniya təmsilçisinin heyətində 30 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 2 qol vurub. Bir müddət əvvəl ciddi zədə almış futbolçu uzun müddətə sıradan çıxıb. Onun ən yaxşı halda qarşıdakı Avropa çempionatının startına kimi sıraya dönməsi gözlənilir.

Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Frenki De Yonqun “Barselona” karyerası bütövlükdə 213 oyun, 17 qol və 21 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə “Ayaks”dan başqa “Villem II” komandasının da formasını geyinib.

Frenki De Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland milli komandasının heyətində 54 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı De Yonqu 70 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla