AZ

Ekspert: "Bəzi dövlət liseyləri təhsil standartlarına cavab vermir"

“Xüsusi qəbul qaydaları və seçilmiş şagirdləri olan lisey və gimnaziyalarda oxuyanlar da repetitor yanına gedirlər”.

Bunu “Operativ Media”ya açıqlamasında təhsil eksperi Elşən Qafarov deyib.

Onun sözlərinə görə, xüsusi təhsil proqramı əsasında fəaliyyət göstərən bəzi dövlət liseyləri, məktəb-liseylər və gimnaziyalar bir çox təhsil standartlarına cavab vermir.

“Təəssüflər olsun ki, liseylə, məktəb-liseylə, gimnaziyalarla bağlı proqramlar olsa da, fərqli dərsliklər yoxdur. Fizika-riyaziyyat təmayüllü liseydəki dərsliklər Oğuzun Kərimbəyli kəndində keçirilən riyaziyyat dərslikləri ilə eynidir, ancaq beynəlxalq təcrübədə belə deyil. Liseylərin öz xüsusi proqramları olduğu kimi, həm də xüsusi dərslikləri var”.

Ekspert qeyd edib ki, hazırda liseylərə qəbul qaydaları ilə bağlı ciddi yeniliklərə ehtiyac var:

“Olimpiyadada yer tutanlar mərkəzləşdirilmiş şəkildə növbədənkənar qəbul olunurlar, Əvvəl ayrı-ayrı istiqamətlər üçün fərqli imtahanlar keçirilsə də, indi təkcə riyaziyyat və azərbaycan dilindən keçirilir. Lisey və gimnaziya imtahanlari fərqli-fərqli istiqamətlər üzrə - texniki, humanitar, təbiət və s. üzrə olmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla