AZ

Voronejdə 32 hərbçini daşıyan avtobus qəzaya uğrayaraq dərəyə aşdı - VİDEO

Rusiyanın Voronej vilayətində hərbçiləri daşıyan avtobus minik avtomobili ilə toqquşub.

BAKU.WS xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

“Qəza Rossoşanski rayonunun Arxipovka kəndi yaxınlığında baş verib. Avtobusda 32 hərbçi olub və minik avtomobilinə çırpılıb - zərbədən sonra avtobus xəndəyə uçub və avtomobil yanıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, 9 hərbçi yaralanıb, onlar Rossoşan xəstəxanasına çatdırılıb, zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla