AZ

Putin and içib, 2030-cu ilə qədər prezident kürsüsündə qalacaq

Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87 faizdən çox səs toplayan Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə and içib.

Sherg.az xəbər verir ki, Vladimir Putin bu gün beşinci dəfə Kreml sarayından Müqəddəs Endryu taxt zalına gedib. 


O, böyük qonaqlar qrupu qarşısında yeni altı illik müddətə Rusiya prezidenti kimi and içib.

Prezidentlik müddəti 6 il uzadılan Putin 2030-cu ilə qədər prezident kürsüsündə qalacaq. 


İlk çıxışında “birlik mesajı” verən Putin “Rusiyanın Qərbin sanksiyalarına baxmayaraq daha da güclənəcəyini” bildirib.

“Qərb ölkələri ilə dialoqa açıq olduqlarını” bildirən Rusiya lideri, “Lakin Qərb öz seçimini etməlidir” deyib. 


Nüvə silahları məsələsinə toxunan 71 yaşlı Vladimir Putin əlavə edib: “Biz strateji sabitlik üzrə danışıqlara hazırıq, lakin bu, bərabər şərtlərlə olmalıdır” .

ABŞ və digər Qərb ölkələri Putinin andiçmə mərasiminə qatılmayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi deyib: "Xeyr, andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq. Biz seçkinin azad və ədalətli keçdiyini, əlbəttə ki, düşünmürük, lakin o, Rusiyanın prezidentidir və bu vəzifəni davam etdirəcək".

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Fiona Hill, “Putin indi özünü Rusiya çarı olan Böyük Vladimir kimi görür” şərhini verib.

İngiltərə, Kanada və əksər Avropa Birliyi ölkələri də andiçmə mərasimini boykot etmək qərarına gəlib, lakin Fransa öz səfirini göndərəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
Mənbələr
Şərh ()
Bağla