AZ

Planşet bazarında satışlarda artım qeydə alınıb

Müəllif:Ayşən İmanova/Banco.az

Qlobal planşet tədarükü son dörd rübdə ilk dəfə artım göstərib.

Banco.az xəbər verir ki, “Canalys” agentliyinin hesabatına görə, planşet bazarı son dörd rübdə ilk dəfə artım nümayiş etdirib. 2024-cü ilin birinci rübünün nəticələrinə əsasən, bütün qlobal planşet bazarı tədarük həcmini illik müqayisədə 1% artıraraq 33,7 milyon ədədə çatdırıb.

Hesabatda qeyd edilir ki, artım istehlakçı xərclərindəki yüksəliş və sabitləşən qlobal iqtisadiyyatdan qaynaqlanır.

Analitiklərin fikrincə, 2024-cü il planşet bazarı üçün ötən illə müqayisədə daha uğurlu olacaq, çünki satışların həcmi əvvəlki dörd rüb ərzində davamlı olaraq azalıb. 

Qeyd edək ki, “Apple” şirkəti 35,6 faiz payla liderliyini qoruyub. Şirkət bazara 12 milyon ədəd cihaz göndərib. İkinci yerdə 20,2 faiz payla “Samsung”, üçüncü yerdə isə 8,1 faiz payla “Huawei” qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla