AZ

"Mançester Yunayted" antirekordunu təkrarlayıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Kristal Pelas"a 0:4 hesabı ilə uduzması nəticəsində klub antirekordunu təkrarlayıb.

"Operativ Media" xəbər verir ki, hollandiyalı Erik ten Haaqın rəhbərlik etdiyi komanda bu mövsüm bütün yarışlarda 81 qol buraxıb (Premyer Liqada 55 qol, İngiltərə Kubokunda 8 qol, İngiltərə Kubokunda 3 qol, Çempionlar Liqasında 15 qol).

"Mançester Yunayted" 1976/1977 mövsümünü 81 buraxılan qolla başa vurub.

Bu mövsümdə "Mançester Yunayted"in hələ 4 oyunu var. O, Premyer Liqada "Arsenal", "Nyukasl Yunayted" və "Brayton"a qarşı oynayacaq. O, İngiltərə kubokunun finalında "Mançester Siti" ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla