AZ

"Pedaqoji kadr hazırlayan təhsil müəssisələrində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir" - Ekspert

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Təhsil eksperti Elşən Qafarov BiG.AZ-a bildirib ki, davaların və bu kimi bədbəxt hadisələrin baş verməməsi və ya minimuma endirmək üçün tərbiyə sistemini gücləndirmək, şagirdlər arasında maaarifləndirmə işi aparmaq lazımdır. Qanunvericiliyə görə hər bir sinif rəhbəri həftədə bir saat sinfi ilə təşkilat saatı keçməlidir. Pedaqoji kadr hazırlayan orta və ali ixtisas təhsil müəssisələrinin heç birində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir:

"Zaman-zaman məktəblərdə bu kimi hadisələrin baş verməsi ilə bağlı məlumat alırıq. Ölkənin ümumtəhsil sistemində 1000600 şagird oxuyur. Bu 1000600 şagirdin hər biri başqa ailədən gəlir. Bu kimi halları mən sadəcə bədbəxt hadisə adlandırıram. Ölən şagirdin valideynlərinə səbr arzulayıram. Amma bu ölkədə 4399 məktəbdən birində bu hadisə baş verirsə, o demək deyil ki, bu, bütün məktəblərdə baş verir. Düşünürəm ki, bu, fərdi məsələdir. Davaların və bu kimi bədbəxt hadisələrin baş verməməsi və ya minimuma endirmək üçün tərbiyə sistemini gücləndirmək, şagirdlər arasında maaarifləndirmə işi aparmaq lazımdır. Şagird yoldaşları ilə münasibətlərin düzgün formalaşması üçün müəyyən addımlar atmaq lazımdır. Məsələn, bildiyim qədər ölkəmizdə 90000-ə yaxın, 89600-dən çox sinif var. Bu o deməkdir ki, ölkədə 90000 də sinif rəhbəri var. Qanunvericiliyə görə hər bir sinif rəhbəri həftədə bir saat sinfi ilə təşkilat saatı keçməlidir. Bu təşkilat saatında sinif rəhbəri şagirdlərin bir-biri ilə münasibətləri , müəllim, valideyn, onlarla ünsiyyətdə olan şəxslərlə münasibətlərini nəzərdən keçirilməlidir. Sinif rəhbərinin işini genişləndirməliyik. Müəllim işləyən hər 10 nəfərdən 7-8-i sinif rəhbəri işləyir və müəllim işlədiyi dövrdə 10 nəfərdən 10-u da sinif rəhbəri işləyib. Pedaqoji kadr hazırlayan orta və ali ixtisas təhsil müəssisələrinin heç birində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir. Ölkənin təhsil sistemində sinif rəhbərinin peşəkarlığını artırmaq lazımdır".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
Mənbələr
Şərh ()
Bağla