AZ

Məhkəmə 34 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsə bəraət verdi

İsmayıllıda vətəndaşa qarşı işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Məhəmmədəli Qədirova hökm oxunub.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Səməd Əliyev məlumat verib.

Onun sözlərinə görə, İsmayıllı Rayon Məhkəməsinin hakimi İlqar Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə bəraət verilib.

Qeyd edək ki, Məhəmmədəli Qədirov zərərçəkmiş şəxsin oğlunu Ali Hərbi Məktəbə düzəldəcəyini vəd edərək onun 34 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. M.Qədirova qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla