AZ

AvtoVAZ yenidən qiymətləri bahalaşdırır – BU MODELLƏRDƏN BAŞQA 

AvtoVAZ şirkəti yaxın günlərdə qiymətləri bahalaşdıracaq. 

Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Maksim Sokolov bildirib. 


Avtomobillərin qiymətləri 3% həddində bahalaşacaq. Bahalaşma yalnız Granta və Vesta modellərinin standart komplektasiyasına şamil edilmir. Qiymət artımının ixraca şamil olunub-olunmaması barədə məlumat verilmir. 


Qeyd edək ki, aprelin son həftəsində də Lada avtomobilləri təxminən 2% bahalaşmışdı.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla