AZ

Küveyt əmiri Əs Sabah Ankaraya yollanıb

Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Türkiyənin paytaxtı Ankaraya səfər edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, Es Sabah Esenboğa hava limanında Prezident Ərdoğan tərəfindən mərasimlə qarşılanıb. 

Qarşılanma mərasimində xəzinə və maliyyə naziri Mehmet Şimşək də iştirak edib.

Qeyd edək ki, 2023-cü il dekabrın 16-da vəzifəyə başlayan Küveyt Əmiri xaricə ilk rəsmi səfərini Türkiyəyə edir.


Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
22
Mənbələr
Şərh ()
Bağla