AZ

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb -Fotolar



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon nümayəndə səlahiyyətlərini icra edən Türkanə Nuruyeva və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Lider Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb.
Təşkilat sədri İlqar İlyasov müsabiqənin məktəblilər arasında müstəqil Azərbaycanın dövlət quruculuğunda Heydər Əliyev irsinin yaşadılması və daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd edərək müsabiqənin keçirilməsində əsas məqsəd milli sərvətimiz olan Heydər Əliyev irsinin öyrənilməsi və Heydər Əliyev və azərbaycançılıq məfkurəsinin təbliği olduğunu bildirib.

Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq yeni məktəblərin tikintisi, ali təhsildə əhatəliliyin artırılması, xaricdə təhsil ənənəsinin yaradılması baxımından ümummilli liderin rolundan bəhs edib. Fuad Bədəlov ulu öndərin 101 illik yubileyi münasibətilə təhsil müəssisələrində çoxsaylı tədbirlərin keçirilməsinin müstəqillik tariximizin şagirdlərə düzgün çatdırılması və bu istiqamətdə ideoloji işin təşkili baxımından önəmli olduğunu vurğulayıb.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov sonunda müsabiqə qaliblərini və müəllim təbrik edib, şagirdlərə uğurlar arzulayıb.

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən qaliblərə diplomlar,tədbirin təşkilatçılarına isə fəxri fərmanlar təqdim edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
6
Mənbələr
Şərh ()
Bağla