AZ

Qurban Qurbanov və Regekampfın dünya reytinqində mövqeyi AÇIQLANDI

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Press.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Azərbaycan klublarının iki çalışdırıcısı yer alıb. Siyahıdakı yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

“Qarabağ”ın çalışdırıcısı 1595 xalla 204-cü yerdə qərarlaşıb. 51 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın da yeri dəyişməz qalıb. O, 1627 xalla 174-cüdür.

Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
Mənbələr
Şərh ()
Bağla