AZ

Zirə” Avropaya bir addım da yaxınlaşdı - REPORTAJ

Matçın hər iki komanda üçün əhəmiyyəti bəlli idi.

“Turan Tovuz” avrokuboklar uğrunda mübarizədə şanslarını “diri” tutmaq, “Zirə” isə “Sumqayıt”la “Neftçi”nin bir gün əvvəl büdrəməsindən faydalanıb ikinci pilləyə yiyələnmək istəyirdi. Oyun “qartallar”ın daha istəkli çıxışıyla başladı. Qonaqlar dərhal ara və uzun ötürmələrlə rəqibin müdafiə xəttini “kəsməyə” başladı. Belədə təzyiqə tab gətirməkdə çətinlik çəkən “bozqurd”un qol buraxması özünü çox gözlətmədi. İsmayılın itirdiyi topun Utziqin əlinə düşməsiylə ilk təhlükəli epizodun təməli qoyuldu. Əlbəttə, burda braziliyalı hücumçunun Şəhriyarı asanlıqla aldatması gözdən yayınmadı. Ardından Miller rəqibin qapıya zərbə endirmək istəyinə mane olsa da, topun meydanda qaldığını görən Suma irəli atılaraq “çərçivə”ni dəqiq nişan aldı. 18-ci dəqiqədə Fərid hesabı bərabərləşdirmək imkanını əldən verdi. O, başla zərbəylə bəxtini sınadı. Fuadın “sinəsini sipər edərək” topu təhlükəli zonadan uzaqlaşdırdı. 20-ci dəqiqədə isə Ayxan inanılmaz səhvə yol verdiyindın komandasını məyus etdi. O, önünə düşən topu asanlıqla tora qovuşdura bilərdi ki, qeyri-dəqiq zərbə vurdu.27-ci dəqiqədə Paçu Ayxanın künc zərbəsindən göndərdiyi topu başla qapıya yönəltdi. Bu dəfə də bəxtsizlik hesabın tarazlaşmasına mane oldu. Çünki Silva top qapı xəttini keçmədən qamarlaya bildi. 43-cü dəqiqədə Rəhim “Zirə”nin ikinci qolunu vurmaq şansını qaçırdı. O, Eldarın ötürməsini “çərçivə”yə göndərmək istəsə də, top dirəkdən qayıtdı.

İkinci yarıya gəlincə, 48-ci dəqiqədə Hakman Serranonun ötürməsindən yararlana bilmədi. O, başla qapını nişan alsa da, top xeyli aralı keçdi. “Bozqurd”un cəhdləri, nəhayət, 53-cü dəqiqədə bəhrə verdi. Marandiçi Xəyalın qapı önünə ötürməsini qola çevirmək istəsə də, top tirdən qayıtdı. Bu dəfə Fərid irəli atılaraq hesabı bərabərləşdirdi.Matçın davamı hər iki komandanın qol axtarışıyla müşayiət olunsa da, hədəfə “Zirə” çatdı. Daha dəqiqi, Meza Kolli Ceyhunun ötürməsini uzaqdan zərbəylə “çərçivə”yə yolladı. Burda Aydın kobud səhvə yol verdiyindən komandasını məyus etdi. Qolkiper topu çıxarmaq üçün hərəkətə keçsə də, top əllərinin arasından sürüşərək toru silkələdi.Növbəti dəqiqələr “qartallar” üçün bir qədər çətin keçdi. Qapıçı iki təhlükənin qarşısını aldı. O, 73-cü dəqiqədə Ottonun, 87-ci dəqiqədə isə Pusinin qüvvətli zərbəsini dəf etdi. Oyuna artırılan dəqiqələr “sülh şəraitində keçdi” desək, yanılmarıq.

Beləliklə, “Turan Tovuz”un avrokubok iddiası “dəfn edildisə”, “Zirə” şansını artırdı.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
Mənbələr
Şərh ()
Bağla