AZ

İran nüvə proqramı ilə bağlı konkret tədbirlər görməyə hazırdır

"İran tərəfdən nüvə proqramına nəzarət üçün konkret tədbirlər həyata keçirməyə hazır olduqlarına dair təminat almışam". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib. 

"Məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian mənə dedi ki, onlar çox konkret tədbirlər görməyə hazırdırlar. Mən də, əlbəttə ki, bunu alqışlayıram. İndi biz bunun üzərində işləməliyik", - Qrossi qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla