AZ

"Bavariya"ya qarşı matçda "Real"ın qapısını kim qoruyacaq?

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab oyununda komandanın qapısını kimin qoruyacağını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında açıqlama verib:

"Lunin sabah "Bavariya"ya qarşı start heyətində yer alacaq. Kurtuanın vəziyyəti yaxşıdır, lakin onun formaya qayıtması üçün vaxt lazımdır".

Qeyd edək ki, "Real" - "Bavariya" matçı mayın 8-i saat 23:00-da start götürəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla