AZ

“Dallas” və “Klivlend” də növbəti mərhələyə adladı

Son üç gündə MBA-da pley-offun daha 4 oyunu keçirildi.

"Football-plus.az" xəbər verir ki, “Orlando” “Klivlend”ə seriyanın 6-cı oyununda qalib gələrək hesabı bərabərləşdirməyi bacarsa da, həlledici – 7-ci oyunda uduzdu. “Klivlend” 2-ci pley-off mərhələsində “Boston”la qarşılaşacaq.

“Dallas” isə “Klippers”lə seriyada 7-ci oyuna ehtiyac duymadı. “Maveriks” Los-Anceles təmsilçisinin işini 6-cı oyunda bitirdi. “Dallas” növbəti mərhələdə “Oklahoma-Siti”yə rəqib oldu.

Bazar günü 2-ci pley-off mərhələsi də start götürdü. “Minnesota” ilk oyunda “Denver”ə 106:99 hesabıyla qalib gəldi.
4 may
Orlando – Klivlend 103:96 (29:25, 24:24, 20:29, 30:18)
Seriyada hesab – 3:3.
Dallas – Los-Anceles 114:101 (34:26, 18:26, 35:20, 27:29)
Seriyada hesab – 4:2.
5 may
Denver – Minnesota 99:106 (25:23, 19:17, 27:33, 28:33)
Seriyada hesab – 0:1.
Klivlend – Orlando 106:94 (18:24, 25:29, 33:15, 30:26)
Seriyada hesab – 4:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla