AZ

Bizi tənqid edirdilər ki, bu türk ölkələri ilə... - Siyarto

Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Orta Asiya ilə dostluğuna görə vaxtilə Qərb tərəfindən tənqid olunduğunu deyib.

Axar.az xəbər verir ki, bu barədə o, Macarıstan və Özbəkistan Hökumətlərarası Komissiyasının iclasında bildirib.

“Biz Mərkəzi Asiyanı dost və maraqlı region kimi görürük. O vaxt bəzi qərbli həmkarlarımızın bizi tənqid etdiyini xatırlayıram. İndi isə nadir faydalı qazıntılara malik olduğunuz məlum olduqdan sonra Şərq və Qərb arasındakı tədarük marşrutlarının işə salınmasına qərar verilib. Bizi dostluğumuza görə tənqid edənlər indi özləri sizin ölkə ilə dost olmaq istəyirlər”, - Siyarto qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
Mənbələr
Şərh ()
Bağla