AZ

22 ildən sonra Premyer Liqaya qayıtdılar

Çempionatın müntəzəm mövsümünün sonunda "İpsviç" turnir cədvəlində ikinci yeri tutub.

90deqiqe.Az-ın məlumatına görə, bununla da komanda yüksək diviziona vəsiqə əldə edib.

Şənbə günü "İpsviç" öz meydanında "Haddersfild Taun"u 2:0 hesabı ilə məğlub edib. Final fitindən sonra azarkeşlər bayram etmək üçün kütləvi şəkildə futbol meydançasına axışıblar.

Onları başa düşə bilərsiniz, çünki "İpsviç" çox uzun müddətdir ki, Premyer Liqada oynamır - 2001/2002 mövsümündən. İndi “traktorçular” ingilis futbolunun elitasına qayıdırlar.

Xatırladaq ki, “Lester” Premyer Liqaya ilk birbaşa vəsiqəni qazanıb – komanda Çempionluqda qalib olub.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla