AZ

Qonaqlar "Qəbələ"ni Birinci Liqaya belə yolda saldı - VİDEO

“Qəbələ”nin Premyer Liqanı sonuncu pillədə bitirəcəyi rəsmiləşdi.

Doğma meydanda “Kəpəz”i qəbul edən bölgə klubu ən yaxın izləyicisinə 0:1 uduzaraq sona 4 tur qalmış elitada qalmaq ümidlərinin üzərindən xətt çəkmiş oldu.

Bu isə o anlama gəlir ki, “qırmızı qaralar” növbəti mövsümü Birinci Liqada keçirməli olacaq.

“Kəpəz” azarkeşləri də bu məqama biganə qalmadılar.

Qonaq tərəfdarlar final fitinə saniyələr qalmış aşağı liqaya yuvarlanan rəqibin ünvanına “Good bye “Qəbələ” və “Qəbələ” divizion səni gözləyir” – deyə şuarlar səsləndiriblər.

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla