- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Türkiyənin Mersin şəhərində iki nəqliyyat vasitəsinin iştrakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 7-də D-400 trasının Gülnar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan xidməti mikroavtobus yol kənarında park edilmiş avtobusa arxadan çırpılıb. Zərbənin şiddətindən mikroavtobusun ön hissəsi deformasiyaya uğrayıb. Nəticədə mikroavtobusun sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə cəlb edilən ambulansalarla xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, ağır xəsarətlər alan mikroavtobus sürücüsü, həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
Qəza ilə bağlı araşdırma aparılır.
Namiq Musayev
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.